Xocalı soyqırımının qurbanları Türkiyədə anıldı

Xocalı soyqırımının qurbanları Türkiyədə anıldı

Türkiyədə fəaliyyət göstərən Xəzər Strateji Araşdırmalar İnstitutunun "Hazar World" jurnalı tərəfindən təşkil olunan qısametrajlı film müsabiqəsinə yekun vurulub, fevralın 16-da İstanbulun "Feriye" kinoteatrında mükafatların təqdimolunma mərasimi keçirilib.

ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, müsabiqənin birinci mükafatını Ömər Miraç Tunçun "Cənnət çiçəkləri" filmi qazanıb. Final mərhələsinin iştirakçılarına "SOCAR Türkiyə" şirkəti tərəfindən pul mükafatları təqdim olunub. Xəzər Strateji Araşdırmalar İnstitutunun baş katibi Haldun Yavaş çıxışında 100 ildən artıq bir müddətdə ermənilərin Türkiyə və Azərbaycana qarşı terror hücumları, işğallar, qətliamlar, sabotaj və sui-qəsdlər törətdiyini, bu qətliamlardan ən dəhşətlisinin Xocalıda yaşandığını bildirmişdir. Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva iki gündür bütün Türkiyəni sarsıdan dəhşətli qətl hadisəsinə - tələbə qızın vəhşicəsinə öldürülməsinə toxunaraq, 23 il əvvəl Xocalıda onlarla azərbaycanlı qadının bu dəhşətə məruz qaldığını bildirib Millət vəkili bu qətliamı həyata keçirən insanların indi Ermənistanda yüksək vəzifələr tutduğunu, özünü dünyada insan hüquqlarının müdafiəçisi kimi tanıdan təşkilatların bu cinayətə laqeyd qaldığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə