İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Salyandakı İntizam xarakterli hərbi hissəsində olublar. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məhkum hərbi qulluqçuların hüquqları, həbsdə saxlanma rejimi, onların yaşayış şəraiti, asudə vaxtının təşkili, sağlamlıqlarının qorunması, qidalanma vəziyyəti və digər hallar araşdırılıb. Ötən illərlə müqayisədə burada saxlanılan hərbi qulluqçuların sayının azaldığı müşahidə edilib.
Məhkum hərbi qulluqçular saxlanılma şəraiti, onlara qarşı rəftar və qidalanma ilə bağlı şikayətlərinin olmadığını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB