Yol bağlandı

Heydər Əliyev prospektində köməkçi yol təmirə dayanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, Bağırov körpüsünün alt hissəsində tuneldə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Heydər Əliyev prospekti köməkçi yol- Mərkəzdən Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

İşlərin başa çatması fevralın 20-i saat 09:00-a kimi nəzərdə tutulub. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə