Dövlət qulluğu mövzusunda konfrans keçiriləcək

Dövlət qulluğu mövzusunda konfrans keçiriləcək

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (GİN), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə "Dövlət qulluqçusu: Milli dövlət quruculuğu istiqamətində kadr hazırlığı" mövzusunda konfrans keçiriləcək. SİA-nın məlumatına görə, fevralın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçiriləcək konfransda GİN, DQMK və ATGTİ-nin rəsmiləri iştirak edəcək, onların müasir dövrdə gənc nəslin peşəkar kadrlar kimi yetişməsi istiqamətində görülən işlər, mövcud tələblər və perspektivlər ətrafında məruzələri dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə