“SƏS” qəzetinin redaksiyasında Xocalı faciəsi anıldı FOTOLAR

"SƏS" qəzetinin redaksiyasında Xocalı faciəsinin növbəti ildönümü ilə bağlı dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, "Xocalı faciəsi XXI əsrin ən dəhşətli soyqırımıdır" mövzusunda keçirilən dəyirmi masada Xocalı polis bölməsinin ilk rəisi Sabir Məmmədov, Xocalı rayon icra hakimiyyəti başçının müavini, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, Ağdam Mərkəzi Xəstəxananın keçmiş baş həkimi Taryel Eyvazov, "Milli Qəhrəman Asif Məhərrəmov İnkişaf Fondu"nun sədri, II qrup Qarabağ müharibəsi qazisi Ədalət Məhərrəmov, Xocalı rayon icra hakimiyyətinin əməkdaşı, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədr müavini Xəlil Vəliyev, Xocalı batalyonunun keçmiş bölük komandiri İldırım Əliyev, Xocalı şəhər sakini Nazim Hüseynov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "SƏS" qəzetinin şöbə müdiri İlham Əliyev Xocalı faciəsi haqqında məlumat verərərək bildirib ki, bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş bir terror əməliyyatıdır: "Xocalı faciəsi millətimizin tarixində qara səhifə kimi düşmüşdür. Əbədi və əzəli düşmənlərimiz olan ermənilər 1992-ci il fevral ayının 26-dan 27-nə keçən gecə Xocalıda günahsız insanları qətlə yetirdilər, insanlarımız öz ata-baba yurdlarından didərgin düşdülər. Bu günə qədər öz terrorçu sifətlərini gizlədən Sarkisyan və onun çevrəsi Xocalı faciəsinə görə gec-tez cəzalandırılacaqlar".

Çıxış üşün söz alan Xocalı şəhərinin ilk polis rəisi Sabir Məmmədov Xocalı qətliamı zamanı insanların çox pis vəziyyətdə olduğunu vurğulayıb: "Xocalıda nə işıq, nə qaz var idi, hətta çörək belə tapılmırdı. Mən polis rəisi təyin ediləndə orada heç bir şərait yox idi. Buna görə də Dağlıq Qarabağ üzrə Daxili İşlər İdarəsinə müraciət etdim. Xocalı hər tərəfdən çökəklikdə idi, hər tərfdən hücuma məruz qalırdı. Yerli əhali isə sailahsız idi. Ermənilərin əlində bütün silahları var idi. Xocalını 58 nəfər polis əməkdaşı, Tofiq Hüseynovun özünümüdafiə dəstələri və 23 nəfər hava limanının əməkdaşları müdafiə edərək postlarda düzülmüşdülər. Hər gün postları yoxlayırdıq. 11 səngər qazılmışdı. Ancaq silahlı ermənilərə silahsız əhalinin qalib gəlməsi mümkünsüz idi".

Xocalı Rayon İcra Hakimiyyəti başçsının müavini, YAP Xocalı rayon təşkilatının sədri vahid Əliyev bildirib ki, Xocalı faciəsini doğuran əsas səbəbi dügün analiz etmək lazımdır: "Xocalı faciəsini düzgün qiymətləndirmədən Dağlıq Qarabağda baş verən hadisələrə düzgün qiymət vermək mümkün deyil. Bu, ermənilərin Azərbayana qarşı torpaq iddiasını reallaşdırmaq üçün aparılan bir siyasətin nəticəsi idi. Bu hadisə iki səbəbdən baş verdi: Ermənilərin torpaq hərisliyi və beynəlxalq səviyyədə erməni kartından istifadə edərək qüvvələrin maraqları. İlk dəfə 1988-ci ilin fevralında Dağlıq Qarabağda ilk etiraz mitinqləri başlamışdı. Ulu Öndər Heydər Əliyev siyasi hakiyyətdə nə qədər ki, təmsil olunurdu, ermənilər bir o qədər qorxurdu. Torpaqlarımıza olan iddialarını reallaşdıra bilmirdilər. Lakin 90-cı illərin əvvəllərindəki Azərbaycan hakimiyyəti qabaqlayıcı tədbirlər görə bilmədi. O vaxtki iqtidar Moskvadan hansı tapşırıqlar gəlirdisə, hakimiyyət də onu icra edirdi. Burda bir fakt var ki, SSRİ-nin süqutundan sonra torpaqlarımızı işğal etmək üçün ermənilər bütün hazırlıqlarını başa çatdırmışdılar. Keçmiş Mardaketdə ermənliərin xüsusi silahlı dəstələri hazırlanırdı".

Xocalı Rayon İcra hakimiyyətinin əməkdaşı, "Xocalı Soyqırmını Tanıtma" İctimai Birliyinin sədr müavini Xəlil Vəliyev çıxış edərək bildirib ki, Xocalıya dörd bir tərəfdən hücumlar var idi: "Bu hadisə 366-cı motoatıcının birbaşa iştirakı ilə həyata keçirildi. Xocalı yerlə yeksan olundu. Xocalının müdafiəsi mümkünsüzləşdi. O vaxtı iqtidar isə ayılmırdı, düşünmürdülər ki, Xocalıda o qədər əhali və dinc sakinlər yaşayır. O vaxtkı iqtidarın heç yadına da düşmürdük. O zamanki iqtidarın biganəliyi Xocalını düşmənə təmsil etdi. İqtidar öz maraqları üçün çalışırdı, Xocalıda isə uşaqdan böyüyə qədər hamı müdafiədə idilər. Amma bu yolla silahlı ermənilərin qarşısını almaq mümkün deyildi. Biz az itki verə bilərdik, amma o vaxtı iqtidar buna imkan vermədi, onların yarıtmaz siyasətləri nəticəsində hər kəs məhv edildi.

"Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fondu"nun sədri, II qrup Qarabağ qazisi Ədalət Məhərrəmov qeyd edib ki, o vaxt Azərbaycanda dövlətçilik yox idi. Xocalıda baş verənlərə iqtidar susurdu, günbəgün vəziyyət ağırlaşdıqca iqtidar danışmırdı. Silahlarımız yox idi. Xocalını müdafiə etmək mümkünsüz idi. Ayaz Müttəlimov dostlarına tank bağışlayırdı, amma insanlar silahsız qalmışdı. Azərbaycan on yerə bölünmüşdü. Özlərinə silahlar hədiyyə edirdər, amma xocalılılara vermirdilər. Xocalı haqqında danışanlar yox, susanlar çox bilir. O dövrdə 613 şəhid ölməyib, daha çox insan qətlə yetirildi. 35 nəfər ağdamlı Xocalıya gəlmişdi, amma adları heç yerdə yoxdur. Onların hamısının başını ermənilər kəsmişdilər".

O vaxt Ağdam Mərkəzi Xəstəxanasının baş həkimi Taryel Eyvazov Xocalı faciəsi haqqında danışaraq bir çox vacib məqamlara toxunub: "Xocalının alınmasına bir neçə gün qalmış Ağdamın icra başçısı dəyişdi. Xocalı alınan gün Ağdamın polis rəisi yoxa çıxmışdı. Xocalılar tükürpədici fəryadlar edirdilər. O vaxt Fəhmin Hacıyev telefonu götürüb deyirdi ki, mənə qan gətirin, Xocalıya hücuma keçirəm. Sonra da dedi ki, yox, ermənilərlə bacarmaq mümkün olmayacaq və mən gedirəm. Ölkə rəhbərliyi demək olar ki, yox idi. Kəndlərimiz bir-bir alındı. Qaradağlı, Malıbəyli, Quşçu olayları lap dəhşət idi. Xocalıdan gətirlən insanlara baxdıqca məni dəhşət bürüyürdü. İnsanların əzaları üzərində hər cür vəhşiliyi etmişdilər. Bir ana uşağı ilə Ağdama qədər qaça-qaça gəlmişdi, amma uşaq ölmüşdü. O qədər yaralı gətirmişdik ki, xəstəxanada yer yox idi, tibb vaqon gətirmişdik".

Xocalı sakini Nazim Hüseynov Xocalı faciəsi haqqında danışaraq qeyd edib ki, ermənilər hər cür oyuna əl atırdılar: "Mən Xocalı faciəsi zamanı aeroportun müdafiəsində xidmət etmişəm. O vaxt ermənilər belə siyasət aparmışdılar ki, guya ermənilərin başına gəlib bu məsələ. Hələ 1988-ci il sentaybrın 18-də Xocalıya hücum etmişdilər. Həmin vaxt 6 ev yandırıldı, xeyli insan xəsarət aldı. Amma Xocalı düşmənlərə təslim edilmədi, komendant saatı elan olundu. Biz elə bildik ki, Sovet ordusu bizi müdafiə edəcək. Əksinə oldu. Sovet ordusu erməniləri müdafiə etdi. 1991-ci ilin sentabrın sonu oktyabrın əvvələrində komendant saatı dayandırıldı. Sovet qoşunları oranı tərk etdi. Sonradan bu silahlı dəstələr Xocalı faciəsində istiafə olundu. İnsanlarımızın başlarının dərsini soymuşdular, dişlərini çəkmişdilər. Bütün bu vəhşilikləri erməni başbilənlərinin tapşırığı ilə Vitalik Balasyan törədirdi. Mən onu uşaqlıqdan tanıyıram. Ər-arvadı xaç şəklində bağlayıb öldürmüşdü. Meyitlərimizin də dərisini də soymuşdular".

Xocalı batalyonun bölük komandiri olmuş İldırım Əliyev çıxışında bildirib ki, Xocalıya dörd tərəfdən amansız hücuma keçdilər: "Rus tankları kəndi dağıtdı, xocalılıların əlində heç bir silah yox idi. İnsanları kənddən çıxarıb məktəbə doldurduq. Faciə zamanı İnsaların yarısı meşədə qaldı, yarısı Ağdama keçmişdi. Adam var idi ki, bir həftə meşədə qaldı. Ermənilər vertolyatla da xocalıları təqib edirdilər. Elə insanların çoxunu meşədə qırdılar".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...