Tələbələr Türkiyə mediasının təcrübəsini öyrəndilər FOTOLAR

Tələbələr Türkiyə mediasının təcrübəsini öyrəndilər FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, radio-televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova və fakültənin 10 tələbəsi Türkiyədən qayıdıblar. BDU-dan SİA-ya verlən xəbərə görə, 1 həftəlik səfər müddətində tələbələr TİKA, TRT, TRT Ankara radiosu, TRT muzeyi, Anadolu Agentliyi, "Haber 7", "Yeni Şafak", "Sabah" qəzeti, Mətbuat Nəşriyyat İnformasiya Baş İdarəsi, Qazi Universitetinin jurnalistika fakültəsinin rəhbərləri ilə görüşüb, təlim-təcrübə proqramında iştirak ediblər.

Qeyd edək ki, layihə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı proqram Koordinasiya ofisinin (TİKA) və Bakı Dövlət Universitetinin birgə layihəsi əsasında baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə