Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Sədri Kərəm Həsənov 21 fevral 2015-ci il tarixində Bərdə şəhərində növbəti vətəndaş qəbulu keçirəcək. Komitədən SİA-ya verilən xəbərə görə, qəbulda Bərdə, Tərtər, Ağdam, Goranboy, Naftalan, Xocavənd, Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsində keçiriləcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsi: (02020) 5 56 05
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB