Bu gün "İşğal altında qalmış abidələrimiz- tarixi yaddşın izi ilə" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva, Dövlət Komitəsinin Dinşünaslıq ekspertiziyası ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Züıfüqarov və digərləri iştirak edir.
Çıxış edənlər tarixi abidələrimizin qorunub saxlanılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işləri təqdirəlayiq bir hal kimi dəyərləndirib və Ermənistanın vandal hərəkətlərini pisləyiblər.
Qeyd edək ki, sonda DQİDK ilə AMEA-nın İnsan Hüquqları İnstitutu arasında Əməkdaşlıq haqqında memorandum imzalanacaq.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB