Fevralın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə "İDEX-2015" beynəlxalq müdafiə sərgisi və konfransı keçiriləcək. Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sərgidə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatların nümayişi məqsədilə nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.
Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı "İDEX-2015" sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, atıcı silahlar, zirehli texnikalar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 178 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.
Sərgi zamanı nazir Yavər Camalovun BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü də nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB