Suyunuz kəsiləcək! DİQQƏT

Bakı şəhəri Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsindən keçən 500 mm magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar "+ 98 Şərq" anbarından magistral xəttə suyun verilişi dayandırılıb. Bu barədə SİA-ya "Azərsu" ASC-dən məlumat verilib. Bununla əlaqədar 18 fevral 2015-ci il tarixdə gün ərzində Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə