Ermənistanın yetimlər evində qəribə olaylar İNƏK OĞURLUĞU+İNTİHAR

Ermənistanın yetimlər evində qəribə olaylar İNƏK OĞURLUĞU+İNTİHAR

Ermənistanda dərc olunan "Joxovurd" qəzetinin yazdığına görə, bugünlərdə Qeqarkunq vilayətinin Vardenis şəhərində atılmış uşaqlar üçün fəaliyyət göstərən internat evinə məxsus fermadan inəkləri oğurlayıblar. Nəşr qeyd edir ki, yetimlər evinin direktoru Artak Aratunyan müəssisə işçilərinin uşaqlarla rəftarı barədə xəbərdar olması üçün müəyyən yerlərdə izləmə kameraları quraşdırıb. "Lakin nədənsə, inəklərin oğurlanması vaxtı kameralar işləməyib" -deyə, "Joxovurd" yazıb.

Adıçəkilən qəzet internatda daha öncələr də qəribə olayın baş verdiyini xatırladıb. Belə ki, internatın sabiq direktoru Nvera Ovannisyanın rəhbərliyi zamanında müəssisə sakini özünü pəncərədən ataraq, intihar etmişdi. Erməni nəşri yetimlər evinin hazırkı direktorundan qəribə olaylar barədə məlumat almaq istəsə də, cəhdlərinin nəticəsiz qaldığını yazır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə