2 rayonun qazı kəsiləcək

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, yeni çəkilən qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaztənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar 18 fevral 2015-ci il tarixdə saat 1000-dan işlər başa çatanadək Qaradağ və Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə