Qazaxıstan Xalq Assambleyası Şurası 2015-ci ildə Qazaxıstan Pespublikası prezidentinin növbədənkənar seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürüb. Qazaxıstan Xalq Assambleyası (QXA) Qazaxıstan Respublikası prezidentinin növbədənkənar seçkilərinin keçirilməsini təklif edib. QXA-nın məlumatında deyilir: "2016-cı ildə prezident və parlament seçkilərinin keçirilməsi müddəti eyni vaxta düşür. Konstitusiya normalarına qeyd-şərtsiz əməl etmək üçün onları müxtəlif vaxtlarda keçirmək məqsədəuyğundur".
İclasın yekunlarına görə, Şura üzvləri Qazaxıstan prezidentinin növbədənkənar seçkilərinin keçirilməsi barədə təşəbbüslə çıxış etməsi üçün QXA-nın Qazaxıstan Parlamenti Məclisindəki deputat qrupuna müraciət qəbul ediblər.
Ölkənin aparıcı siyasi qüvvəsi olan "Nur Otan" Partiyası Qazaxıstan Xalq Assambleyasının respublika prezidentinin növbədənkənar seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüsünü tam dəstəkləyir.
Müraciətdə vurğulanır ki, hazırda dünyanı maliyyə-iqtisadi böhranın yeni dalğası bürüyüb. Ciddi geosiyasi gərginlik vəziyyəti ağırlaşdırır. Belə vəziyyətdə dünyanın hətta ən inkişaf etmiş ölkələrində ksenofobiya, dini dözümsüzlük artır, radikal hərəkatlar güclənir.
"Nur Otan" Partiyası Qazaxıstanın bütün vətəndaşlarını, bütün siyasi partiyalarını və ictimai qüvvələrini növbədənklənar prezident seçkilərinin keçirilməsi təşəbbüsünü dəstəkləməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB