Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 23-dən 28-nə kimi İsraildə səfərdə olacaq. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın dəvəti ilə baş tutacaq səfərdə AMEA ilə İsrailin Təbiət və Humanitar Elmlər Akademiyası arasında elm və texnologiya sahəsində əməkdaşlığa dair sazişin imzalanması nəzərdə tutulub.
Səfər çərçivəsində İsrailin bir sıra universitetlərində görüşlərin keçirilməsi də planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB