Bu gün Ramada otelində Gənc jurnalistlərin SOCAR qış məktəbi layihəsi çərçivəsində jurnalistlərlə ARDNŞ-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev arasında görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə çıxış edən Nizaməddin Quliyev qeyd edib ki, ARDNŞ-nin fəaliyyətini olduğu kimi işıqlandırmaq üçün media nümayəndələrinin üzərinə böyük yük düşür: "ARDNŞ-nin hər zaman media ilə çox yaxın əlaqələri olub. Neft və qaz sənayesində baş verən yenilikləri ümumiyyətlə bu sahədə atılan bütün addımları məhz media nümayəndələri dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu sahədə baş verən hər hansısa bir məlumatı dəqiq şəkildə işıqlandıra bilmək üçün bu layihənin sizlərə, gənc jurnalistlərə xeyli önəmi var".
Daha sonra Nizaməddin Quliyev neft sənayesi ilə bağlı olan bir çox məsələlər barədə gənc jurnalistlərə məlumat verib. ARDNŞ-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Azərbaycanın təbii sərvəti sayılan neft və qazın ilkin emal prossesi barədə məlumat verdikdən sonra jurnalistika ilə neft sənayesi arasında olan bənzərliyə diqqət çəkərək qeyd edib ki, jurnalistika neftdən sonra ağır zəhmət tələb edən ikinci sənayedir.
Tədbirin sonunda Nizaməddin Quliyev gənc jurnalistlərin bir çox suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB