Kəmaləddin Heydərov şikayətləri dinləyəcək

Kəmaləddin Heydərov şikayətləri dinləyəcək

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 20-də Astara rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşları qəbul edəcək. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, saat 11-də başlayacaq qəbulda yalnız Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Astara rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 19 fevral 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə