Məlum olduğu kimi "Elektron hökumət" portalından istifadə edənlərin sayı sürətlə artmaqdadır. SİA-nın məlumatına görə, keçən dövr ərzində portala müraciət edənlərin sayı 1203760 nəfər olub və onlar tərəfindən 7244687 dəfə elektron xidmətlərə müraciət edilib. Portala olan marağın və istifadə sayının artması təqdim olunan xidmətlərin tətbiq sahələrini genişləndirməyə imkan verir. Artıq elektron xidmətlər vətəndaşların sosial həyatında mühüm rol oynayır və elektron xidmətlərdən istifadə insanların işini xeyli asanlaşdırır. Həmçinin, vətəndaşlar zəruri informasiyaları portal vasitəsilə rahatlıqla əldə edə bilirlər.
Portal vasitəsilə qurumların elektron xidmətlərinə müraciətlərin sayı barədə statistika hər ay "Elektron Hökumət" bülletenlərində dərc olunur. Bu statistika əsasında vətəndaşlar üçün aktual e-xidmətlər önə çıxır, bu da öz növbəsində ön sıralarda yer alan qurumlara daha da fəal olmağa stimul verir və digər qurumları rəqabətə səsləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir neçə aydır ki, birinciliyini qorumaqdadır. Qurum tərəfindən vətəndaşlara təqdim olunan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi" və "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətləri sosial tələbatın yüksək olduğu xidmətlərdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dörd elektron xidmətindən daha cox istifadə olunmuşdur və nazirlik hazırda ən çox istifadə olunan qurumlar arasında ikinci yerdədir.
Elektron xidmətlər vətəndaşların gündəlik sosial problemlərinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır, bu da sağlam sosial mühitin formalaşmasına xeyli təsir göstərir. Sosial problemlərin kəskinləşdiyi XXI əsrdə vaxt, əlavə enerji və vəsait tələb edən ənənəvi xidmətlərin elektronlaşması ictimai rifahın yüksəldilməsinə mühüm yardımçı olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB