Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi məqsədilə bölgələrdə "ASAN xidmət" tərəfindən aparılan işlər davam edir. Bu məqsədlə fevralın 16-da "ASAN xidmət"in səyyar qrupu Tovuzda fəaliyyətə başlayıb. Göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Milli Arxıv İdarəsi, Daxili İşlər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçirilir. Qeyd edək ki, kəmərin Tovuz rayonundan keçən hissəsinə yaşayış məntəqələrindən 820-dək mülkiyyətçi düşür.
"ASAN xidmət"in əməkdaşı Ülvi Həsənzadə AzərTAc-a bildirib ki, boru kəmərinin Azərbaycandan keçən hissəsi 400 kilometrdən artıq olmaqla, 12 rayonun ərazisini əhatə edir. Bunların da demək olar ki, bir çoxunda sənədləşmə işləri artıq yekunlaşıb. Bir neçə günə Tovuzda da işlər tamamlanacaq və "ASAN xidmət" əməkdaşları Ağstafa sakinlərinə xidmət göstərməyə başlayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB