"Gəncə Avropa Gənclər Paytaxtı-2016" İctimai Birliyi 2015-2016-cı illərdə bir sıra beynəlxalq və regional tədbirlərin keçirilməsi məqsədilə hazırlıq işlərinə başlayıb. Bu məqsədlə enerjili və bacarıqlı gənclərin üzə çıxarılması məqsədilə yeni könüllülük akademiyası layihəsinin icrasına başlanıb.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov azərtac-a eksklüziv müsahibəsində deyib ki, seçim turu iyunun 30-dək davam edəcək. Tur başa çatdıqdan sonra seçilən gənclər üçün müxtəlif sahələr üzrə təlimlər təşkil olunacaq. Təlim kurslarında gənclər yeni biliklər əldə edərək müvafiq sahədə bacarıq və qabiliyyətlərini daha da inkişaf etdirə biləcəklər.
Bildirilib ki, könüllülər komandasında təmsil olunmaq gənclərin kollektivdə fəaliyyət göstərmələri, dostluq və yeni əlaqələr qurmaları, xarici dil biliklərini daha da təkmilləşdirmələri baxımından əhəmiyyətli rol oynayacaq. Ən qabiliyyətli könüllülərin Avropanın ayrı-ayrı şəhərlərində keçiriləcək tədbirlərdə iştirakı da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB