“SABAH” qruplarına tələbə qəbulu üzrə müsabiqə keçirilir

Təhsil Nazirliyi 2015-2016-cı tədris ili üçün "SABAH" qruplarına tələbə qəbulu üzrə müsabiqə keçirir. Nazirlikdən bildiriblər ki, müsabiqədə ölkəmizdəki bütün ali təhsil müəssisəsinin bakalavr pilləsində birinci kursda əyani formada təhsil alan və orta akademik göstəricisi 61 baldan yüksək olan tələbələr iştirak edə bilər.

"SABAH" qruplarında oxumaq istəyən tələbələrin qeydiyyatı artıq başlanıb. www.sabah.edu.az saytında yerləşdirilmiş elektron ərizə formasını doldurmaqla tələbələr müsabiqəyə qoşula bilərlər. Altı ixtisas qrupuna (təbiət, təhsil, iqtisadiyyat, humanitar, texniki, mədəniyyət) daxil olan 64 ixtisas üzrə təşkil edilən müsabiqə üç mərhələdə aparılacaq. İlkin mərhələdə tələbələrin akademik göstəriciləri qiymətləndiriləcək. İkinci mərhələdə tələbələr ingilis dili və məntiq üzrə test imtahanı verəcəklər. Bu prosesləri uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə