"Günümüzdə televiziyalarda hansı isə proqramlar hazırlanarkən cəmiyyətin tələbinə uyğun bir şəkildə hazırlanmalıdır". Bunu SİA-ya açıqlamasında psixoloq Dəyanət Rzayev deyib.
Onun sözlərinə görə, hazırda televizilar reytinqi daha yüksək olan verilişləri hazırlayırlar. Cəmiyyətimiz isə şou xarakterli proqramları daha çox izləyir: "Hazırda verilişlərin reytinq cədvəli müəyyən edilir. Hansı verilişlərin reytinqi daha çox özünü görsədirsə, o formada verilişlər hazırlanır. Ümumiyyyətlə bir neçə dəfə çalışılıb ki, televiziya rəhbərləri ilə danışılsın və maarifləndirici proqramlar ortaya qoyulsun. Bu da oldu, verilişlər hazırlandı, lakin cədvəl üzrə verilişlərin baxılma reytinqi 2-dən yuxarı qalxmayıb. Ona görə də təbii ki, şou proqramlara bu gün daha çox yer verilir. Məsələn, əyləncə, qalmaqal, zorlama, ölüm, ailələrdə baş verən xoşagəlməz hadisələr kimi verilişlər daha çox izlənir. Ümumiyyətlə bu bizim cəmiyyətimizə siraət edib və təəssüf ki, insanlarımız daha çox digərlərinin ailələri haqda məlumat əldə etmək və dedi qoduları ortalığa çıxarmaq xasiyyəti əldə ediblər. Məhz real həyatdakı belə hadisələri verilişlərdə də axtararaq belə proqramlara baxırlar. Televiziyalar da cəmiyyətin, ictimaiyyətin sifarişini yerinə yetirir, bu da normaldır. Bu gün Rusiyada, yaxud da Avropada və Amerikada insanlar daha çox elmi verilişlərə üstünlük verirlər. Əgər bizdə də elmi veriliş hazırlansa mən sizi indandırım ki, heç kim baxmayacaq. Dünyaca məşhur elmi jurnalların, proqramların və televiziyaların adlarını cəmiyyətimizdən soruşsaq çox insan bunlardan heç xəbərsizdir. Çünkü bizim cəmiyyətimiz hələ ki belə verilişlər üçün yetişməyib. Buna görə də şou proqramlar bu gün daha çox izlənir. Şadlıq sarayları, müğənnilərin bir-biri haqqında danışıqları bu gün axtarılır və izlənilir".
Psixoloq yetişən yeni nəsildə fikir dəyişikliyinə də toxundu. Qeyd etdi ki, 30 il ərzində cəmiyyətimizdə ciddi dəyişiklik gözlənilmir. Müğənni Röyanın efirdəki çıxışına cəmiyyətin münasibət bildirməsinə gəldikdə isə Dəyanət Rzayev qeyd etdi ki, Röya istədiyinə nail olub: "Yeni gələn cəmiyyət də köhnəsindən örnək alır. Buna görə də düşünürəm ki, yaxın 30 il ərzində hər hansı bir dəyişiklik olmayacaq. Bunun əsl səbəbləri haqqında uzun danışmaq olar. Amma bunu cəmiyyətimiz özü düzəltməlidir. Müğənni Röya ilə bağlı məsələyə də toxunmaq istəyirəm. Son günlər onunla bağlı cəmiyyətimizdə müxtəlif fikirlər səsləndirilir. Demək istəyirəm ki, Röya istədiyinə çatdı. O, bu gün dəbdədir və qalmaqal yarada bilir, diqqət mərkəzində ola bilir. Yenə qeyd etmək istəyirəm ki, Röya etdiyini yenə etdi və istədiyinə çatdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB