Məntiq olimpiadasının final mərhələsi olub

Məntiq olimpiadasının final mərhələsi olub

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Prestij-S tədris mərkəzinin birgə keçirdiyi Məntiq olimpiadasının bu gün final mərhələsi olub. SİA-nın məlumatına görə, olimpiadanın II final mərhələsində 30 nəfər gənc iştirak edib. İştirakçıların böyük qismini tələbələr təşkil etdiyi yarışmada ilk üçlüyü müəyyən etmək üçün digərlərinə nisbətən yaxşı nəticələr göstərmiş 4 nəfər gənc uzun sürən mübarizədən sonra finala vəsiqə qazana biliblər.

Yarışma əsasən magistr pilləsinə imtahan verən gənclər üçün nəzərdə tutulub, lakin olimpiadada hətta şagirdlər belə özlərini sınayıblar.

Sonda isə qaliblər diplom, medal və YAP Gənclər Birliyi tərəfindən hədiyyələrlə mükafatlandırılıblar. Digər iştirakçılara isə sertifikatlarlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə