Hərbi hissəyə baxış keçirilib

Hərbi hissəyə baxış keçirilib

Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun əməkdaşları Daxili Qoşunların N saylı hərbi hissəsinə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hərbi hissənin hərbi sirr təşkil etməyən bütün obyektlərinə baxış keçirilib, şərait, rəftar, qidalanma və müalicənin keyfiyyəti müsbət qiymətləndirilib.

Şəxsi heyətlə insan hüquqları, o cümlədən mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə