Uşaqlar üçün təlim keçirilib

Uşaqlar üçün təlim keçirilib

14 fevral tarixində IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə layihəsi olan "Uşaqlar üçün ekoloji laboratoriya" çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 5-10 yaşlarında olan uşaqlar üçün növbəti təlim keçirilib. Laboratoriya uşaqların heyvanlarla tanışlığına və onlarda heyvanlara qarşı sevgi hissinin aşılanmasına həsr olunub. Laboratoriya zamanı uşaqlar ev heyvanlarına qayğı göstərməyin, onları bəsləməyin və yetişdirməyin sirlərinə yiyələnmiş, heyvanlar barədə maraqlı faktlar və məlumatlar əldə ediblər.

Bununla yanaşı, laboratoriya zamanı uşaqlar ev heyvanlar ilə əyani şəkildə tanış olmuş, onlarla maraqlı vaxt keçiriblər.

Layihənin ənənəsinə uyğun olaraq, təlimlərin gedişində "kiçik ekoloqlar" üçün, həmçinin müxtəlif bilik yarışmaları və maraqlı oyunlar təşkil olunub. Bununla yanaşı, uşaqlar heyvanları təsvir edən müxtəlif incəsənət nümunələri, o cümlədən rəsmlər və kağız fiqurlar yaradıblar.

Təlim uşaqlara əyləncəli gün bəxş etməklə yanaşı, onların təbiəti daha yaxşı qavramalarına töhfə verib.

Növbəti təlimlərin tarixləri və mövzuları barədə elanlar mütəmadi olaraq, mətbuatda dərc olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə