Qocaman jurnalisti ziyarət etdilər FOTO

Qocaman jurnalisti ziyarət etdilər FOTO

Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi ötən ildən həyata keçirməyə başladığı "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün tərbiyə qaynağımızdır" layihəsini bu il də uğurla davam etdirir. Mətbuat Şurasından SİA-ya verilən xəbərə görə, bu günlərdə məclis təmsilçiləri qocaman yazıçı-jurnalist, tarix elmləri doktoru Sabir Gəncəlini yaşadığı mənzilində ziyarət edib, son illərdə yaradıcılığını ev şəraitində davam etdirən 85 yaşlı həmkarımıza media ictimaiyyətinin ehtiramını və xoş arzularını çatdırıblar.

Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov və onun müavini Məzahir Süleymanzadə uzun illər Azərbaycan jurnalistikasının inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Mətbuat Şurasının xüsusi Diplomunu və hədiyyəsini Sabir Gəncəliyə təqdim ediblər. Qocaman jurnalist göstərilən sayğıya görə razılığını bildirib, AJM-ə xeyirxah fəaliyyətində uğurlar arzulamış, son kitablarını qonaqlara hədiyyə edib.

Sabir Gəncəli BDU-nun jurnalist ixtisaslı məzunlarından biri kimi, 60 ildən artıqdır ki, milli mətbuatmızın inkişafına bacardığı köməyi əsirgəməyib. "Bakı"- "Baku" qəzetlərinin özülünü qoyanlardan biri olub, uzun illər populyar "Azərbaycan qadını" jurnalının əsas ağırlığını daşıyan bu insan bilikli, məsuluyyətli, milli dəyərlərimizə dərindən bağlı, cəfakeş jurnalist kimi hər bir cavan qələm sahibi üçün ustad sayılancaq ziyalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə