Ekspert: “Mənzillərə vergi tətbiq ediləcək” AÇIQLAMA

"Vergi Məcəlləsinə edilən dəyişiklərə əsasən gələn aydan etibarən əmlakın, o cümlədən daşınmaz əmlakın yaşayış sahələri və qeyri- yaşayış sahələrinin satışı zamanı yeni vergi tətbiq ediləcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, kommersiya məqsədi ilə alınan mənzillər üçün vergi tətbiq ediləcək. Alındıqdan sonra 3 il müddət ərzində satılan mənzillər üçün 14 faizlik vergi ödəniləcək: "Vergi kommersiya məqsədi ilə alınan əmlaka tətbiq olunacaq. Əgər hər hansı bir əmlak kommersiya məqsədi ilə alınıbsa, onun satışı zamanı qiyməti 120 manatadəkdirsə, o zaman satış və alış qiyməti arasındakı fərq gəlir vergisi kimi dövlət büdcəsinə ödəniləcək. Bu o anlama gəlir ki, hər hansı əmlak və yaşayış mənzili 60 min manata alınıb müəyyən müddətdən sonra 100 manata satılırsa, bu zaman alış və satış arasındakı fərq 40 min manat edəcək. Belə olduğu halda 40 min manat 14 %-lik gəlir vergisinə cəlb ediləcək və dövlət büdcəsinə vergi ödənilməsi həyata keçiriləcək. Bu o deməkdir ki, məhz 40 min manatlıq gəlirdən təxminən 5-6 min manatı gəlir vergisi kimi büdcəyə ödəniləcək. Vergi o mənzillərə tətbiq ediləcək ki, həmin mənzillərdə alqı- satqı arasındakı fərq 3 il müddəti əhatə etsin. Əgər 3 ildən artıq müddətdə həmin evdə yaşayış olubsa, həmin mənzil satılan zaman vergidən azad olunacaq. Bu o deməkdir ki, vergi satış və alış arasındakı vaxtı 3 ildən az olan əmlaka tətbiq ediləcək. Yəni mənzili alan şəxs 3 ildən artıq həmin evdə yaşayıbsa və daha sonra satmaq istəyirsə, bu zaman həmin mənzildən əldə etdiyi gəlirə görə vergi ödəməyəcək. 3 ildən az bir müddətdə yaşayıbsa həmin mənzili satdığı zaman aldığı qiymətlə ortada qalan məbləğə görə vergi ödəməlidir".

Ekspert həmçinin vurğuladı ki, əgər ev 3 ildən artıq bir müddətdə alınıbsa, həmin mənzildə yaşamayıbsa və satmaq fikrinə düşərsə vətəndaş yenə də vergiyə cəlb olunacaq. Qiyməti 120 manatdan yüksək olan evləri aldıqda isə 18 faiz dövlətə əlavə dəyər vergisi ödənilməlidir: "Burda belə bir məsələni də qeyd etmək lazımdır ki, əgər vətəndaş mənzili alıbsa və 3 ildən artıq bir müddət keçməsinə baxmayaraq həmin mənzildə yaşamayıbsa satmaq istədiyi vaxt vergiyə cəlb ediləcək. Bundan başqa əgər alınan mənzilin qiyməti 120 min manatdan artıq olarsa bu vaxt əlavə dəyər vergisi ödənilməlidir. Əlavə dəyər vergisi isə 18 %-dir. Yəni daha bahalı mənzillər üçün əlavə dəyər vergisi, nisbətən ucuz mənzillər üçün isə gəlir vergisi tətbiq olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...