Millət vəkili əhalinin banklara olan borclarından danışdı TƏKLİF

Millət vəkili əhalinin banklara olan borclarından danışdı TƏKLİF

"Azərbaycanda banklar əhaliyə çox yüksək faizlə kreditlər verir. Vətəndaşın 24 faizlə verilən krediti ödəmək imkanı yoxdur. Ancaq bu məsələdə qanun bankların tərəfindədir. Çünki bank kredit verən müəssisədir. İstəmirsənsə, götürmə". Bu fikirləri SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa bildirib.

Əhalinin banklara olan borclarından danışan millət vəkili qeyd edib ki, bu məsələdə vətəndaşlarımıza yalnız dövlətimiz kömək edə bilər: "Bankların bu məsələdə geri çəkilməsi mümkün deyil. Əslində bankları ittiham etmək də düzgün deyil. Dövlət bu məsələdə vətəndaşlarımızın vəziyyətini yüngüləşdirmək üçün tədbirlər planı təşkil etsə, bu, cəmiyyət tərəfindən də maraqla qarşılanar. Bu problem köklü həll edilməlidir. Birbaşa dövlətin müdaxiləsi olmalıdır. Mən bunu təklif edirəm. Çünki əhalinin banklara olan borcları artıq həddi aşıb, insanların vəziyyəti pisləşir".

Bütün xəbərlər Facebook səhifəmizdə