Bu gün Ramada otelində Dövlət Neft Şirkətinin Mətbuat Şurası ilə birgə reallaşdırdığı "Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi" layihəsinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, layihə neft-qaz mövzuları üzrə ixtisaslaşmaq istəyən gənc jurnalistlərin təcrübi biliklərinin və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse prezidenti, akademik Xoşbəxt Yusifzadə layihənin önəminə diqqət çəkib:"Biz həmişə media ilə əlaqələrimizi yaxşı səviyyədə qurmuşuq. Neft sənayesində baş verən yenilkləri məhz jurnalistlər dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu məlumatlatı qərəzsiz şəkildə çatdırmaq üçün jurnalistlər neft sənayesi ilə bağlı biliklərə yiyələnməlidirlər. Buna görə də bu cür layihələr jurnalistlər üçün çox önəmlidir". Tədbirdə çıxış edən Əflatun Amaşov qeyd edib ki, bu cür layihənin keçirilməsi təqdirəlayiq haldır: "Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi kimi layihələrin keçirilməsi jurnalistikamızda olan bir sıra problemlərin həllinə imkan yaradacaq. Bu cür görüşlər müntəzəm olaraq keçirilməlidir. Neft sənayesi ilə bağlı məlumatlatı dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırmaq çox vacib məsələdir". Sonda Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse prezidenti, akademik Xoşbəxt Yusifzadə gənc jurnalistlərin suallarını cavablandırdı. Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd Azərbaycan mediasında enerji mövzularının işıqlandırılması sahəsində keyfiyyətin yüksəlməsinə, gənc jurnalistlərin neft-qaz sektorunun müxtəlif sahələri və spesifik xüsusiyyətləri barədə biliklərini artırmalarına yardım göstərməkdən, SOCAR-ın fəaliyyət istiqamətləri ilə daha yaxından tanış olmalarına şərait yaratmaqdan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB