Mərkəzi küçələrdən biri bağlanıb

Mərkəzi küçələrdən biri bağlanıb

Bakının Dilarə Əliyeva küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissədə təmir işlərinə başlanılıb. Bu barədə SİA-ya "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

O bildirib ki, hal-hazırda küçədə köhnə asfalt-beton örtüyün qaşınaraq çıxarılması və beton səki daşlarının mərmər səki daşları ilə əvəzlənməsi işlərinin getdiyini qeyd edib: "Bu işlər başa çatdıqdan sonra, yeni asfalt-beton örtüyünün salınmasına başlanacaq. Bu işlər adıçəkilən küçədə hərəkət qismən məhdudlaşdırılmaqla yerinə yetirilir. Asfalt-beton işlərinə başlanıldıqda Dilarə Əliyeva küçəsində hərəkət tam məhdudlaşdırılacaq. Yerinə yetirilən işlərin gedişatından asılı olaraq, küçədə nəqliyyatın hərəkəti bir neçə günlük məhdudlaşdırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə