“İslam Dövləti” 21 xristianı edam etdi FOTO

“İslam Dövləti” 21 xristianı edam etdi FOTO

"İslam Dövləti" terror təşkilatı Liviyada oğurlanmış 21 misirli xristianı edam edib və bu qanlı olayı əks etdirən videoçarxı internet vasitəsilə yayımlayıb. SİA xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb. Öldürülən xristianların kopt məzhəbinə aid olduqları bildirilir.

Videoçarxda əsirlərin narıncı geyimdə olduqları göstərilir. Terrorçular dəniz sahilində onların başlarını kəsərək qətlə yetirirlər. "İslam Dövləti" terrorçularından biri isə kamufilyaj geyimində və maskalıdır. O bəyan edir ki, "İslam Dövləti" artıq Liviyada öz ərazilərini genişləndirir. Terrorçu dənizin o biri tərəfində də xristianları qətlə yetirəcəklərini bildirir. Bu baxımdan, olay Aralıq dənizinin Liviya sahilində baş veribsə, demək hədə mesajının Avropaya yönəldiyi məlum olur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə