Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda havanın dəyişəcəyi barədə ilkin xəbərdarlıq yayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, mülayim havadan sonra fevralın 17-dən ikinci ongünlüyün sonunadək ölkə ərazisində havanın dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə, 7-12 dərəcə aşağı enəcək.
Departamentdən dəqiqləşdirilmiş məlumatın ictimaiyyətə bir daha təqdim olunacağı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB