Bu gün şəhərdəki bəzi yollarda hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan 17:00-dək Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Qələbə dairəsi istiqamətində, eləcə də əks istiqamətdə və Azadlıq prospekti ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində Əsas yolda nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq köməkçi yollardan istifadə etmələri tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB