Dəmir yolunda iməcilik keçirilib FOTOLAR

Dəmir yolunda iməcilik keçirilib FOTOLAR

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun təşəbbüsü ilə dəmir yolunun sanitariya-mühafizə zonasının məişət tullantılarından çirkləndirilməsinin qarşısının alınması və təhlükəsizliyin təmin olunması üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. SİA-nın verdiyi məlumata görə, uzun illər keçirilən reydlər zamanı müşahidə olunan yarıtmaz hallar barədə müvafiq rayonların rəhbərlərinə yazılı müraciət olunsa da, vəziyyət, demək olar ki, yarıtmaz olaraq qalır.

Bu gün dəmir yolunun sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsi üçün Cəmiyyətin Cəmiyyətin İnfrastruktur, Yük və Sərnişin daşımaları Departamentlərinin müvafiq kollektivlərinin iştirakı ilə iməcilik keçirilir.

İməcilik zamanı Bakı və Biləcəri qovşaqlarında, Abşeron şəhərətrafı zonada və Sumqayıt stansiyası ərazilərində (təxminən 100 km-lik ərazidə) dəmir yolunun sanitariya-mühafizə zonası məişət tullantılarından təmizlənməsi həyata keçirilir.

Belə tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

ə

Bütün xəbərlər Facebook səhifəmizdə