“İradio” Ümumdünya Radio Gününü belə qeyd etdi

“İradio” Ümumdünya Radio Gününü belə qeyd etdi

13 fevral Ümumdünya Radio Günü münasibəti ilə "İrəli" İctimai Birliyi nəznində fəaliyyət göstərən "İradio" "Park Bulvar" ticarət və əyləncə mərkəzində konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, konsert proqramında məşhur müğənnilər - Mirkamil, ProMete, Məsud, Ruslan, Səmra Cəfərli, Şarm qrupu və Nara White özmaraqlı ifaları ilə çıxış ediblər. Nero rəqs qrupu da öz maraqlı rəqsləri ilə izləyicilərin marağına səbəb olub. Eyni zamanda "İradio" gənclər arasında maraqlı viktorinalar təşkil edərək qaliblərə Park Cinemaya 2 nəfərlik bilet hədiyyə edib.

Qeyd edək ki, hər il fevral ayının 13-ü BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı olan UNESCO tərəfindən Ümumdünya Radio Günü kimi qeydedilir.

13 fevral Ümumdünya Radio Günümünasibətiylə "İrəli" İctimai Birliyi tərəfindən "Park Bulvar" ticarət və əyləncə mərkəzində təşkil olunacaq "Youth&Radio" tədbiri BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı olan UNESCO tərəfindən rəsmi olaraq tanınıb və "World Radio Day" ilə bağl ımüxtəlif ölkələrdə paralel olaraq keçirilən tədbirlər siyahısına salınıb.

Gənclərin radiosu olan"İradio"nun əsas məqsədi ənənəvi medianın yerini müasir mediaya verməsini nəzərə alaraq ən mühüm mənbə olan gənclərin müasir problemlərinin araşdırılması, onların maarifləndirilməsi və problemlərinin həlli istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üçün mövcud şəraitdən səmərəli istifadə etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə