Soyuq hava gəlir Temperatur 12 dərəcə enəcək

Soyuq hava gəlir Temperatur 12 dərəcə enəcək

Azərbaycan sinoptikləri hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı ilkin xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, mülayim hava şəraitindən sonra fevralın 17-dən ikinci ongünlüyün sonuna kimi ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, şimal küləyinin güclənəcəyi, hava şəraitinin fasiələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə enəcək. Bakıda da yağıntılı olacağı, şimal küləyinin əsəcəyi gözlənilir.

Qeyd edək ki, sinoptiklər dəqiqləşdirmiş məlumatı bir daha təqdim edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə