Bu gün saat 11:30-dan başlayaraq Məmməd Araz küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Bunu SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, avtomobillərin hərəkətinin məhdudlaşdırılmasına səbəb həmin küçədə üfüqi nişanlanma (xətlənmə) işlərinin aparılmasıdır.
İşlərin bu gün saat 15:00 -16:00 radələrində başa çatdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB