Sığınacaqda uşaqlarla görüş keçirilib FOTOLAR

Sığınacaqda uşaqlarla görüş keçirilib FOTOLAR

YAP Səbail rayon Qadınlar Şurası, Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı və Qadınlar Şurasının rəhbər şəxsləri "Ümid yeri" uşaq sığınacağında uşaqlarla görüşüblər. Sİa-nın xəbərinə görə, görüşdə ölkəmizdə uşaqlara, o cümlədən hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən dövlət qayğısından danışılıb. Belə uşaqların daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb. Bildirilib ki, onların qayğı və problemlərinin operativ həlli istiqamətində ardıcıl olaraq zəruri tədbirlər görülür.

Görüş zamanı uşaqların əl əməyi sərgilənib. Onların şəhidlərlə bağlı şeir və mahnılar da səsləndiriblər.

YAP Səbail rayon Qadınlar Şurasının sədri Təranə Kərimova gətirdikləri sovqatları uşaqlara təqdim edib.

Görüş zamanı uşaqlar müxtəlif hədiyyələrlə sevindirilib, onların istək və arzuları dinlənilib.

Ziyarətçilər uşaqlarla yenidən görüşəcəklərinə vəd veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə