Bir gündə 63 cinayət

Fevralın 12-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 63 cinayət faktından 25-nin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 3 yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 33 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə