Niyə insanlar zəngin həyatlarını reklam edirlər? AÇIQLAMA

Niyə insanlar zəngin həyatlarını reklam edirlər? AÇIQLAMA

"Kütləvi informasiya vasitələrində və ya sosial şəbəkələrdə insanların bahalı paltarlarını, maşınlarını bir sözlə zəngin həyatlarını reklam etmələri olduqca yanlışdır". Bunu SİA-ya açıqlamasında əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova söyləyib.

Bildirib ki, bu cəmiyyəti düşündürən problemdir: "Bu problem bəzi insanların təfəkkür tərzinin məhsuldur. Əgər buna bəzi adamlar əl atırlarsa deməli onların düşüncə tərzi həddindən artıq zəifdir. Onların mövqelərində, seçim bacarıqlarında ciddi nöqsanlar var ki, onlar da belə hərəkətlərə yol verirlər. Hesab edirəm ki, həmin insanlar sadəcə diplomları olduğu üçün özlərini savadlı sayırlar. Belə adamlar sözsüz ki, cəmiyyəti narahat edən məsələlərlə bağlı özlərini yükləmir və boşluğu yalnız cılız görüntülərlə nümayiş etdirirlər. Hərdən düşünürük ki, görəsən bu cür insanların təfəkkürü, savadı nə səviyyədədir ki, məhz belə ucuz hərəkətlərə edirlər. Bir sözlə çalışmaq lazımdır ki, zəngin həyatını deyil, cəmiyyəti maraqlandıran məsələlərə toxunub, onu həll edəsən".

Bütün xəbərlər Facebook səhifəmizdə