Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təhsil prosesinin təkmilləşdirilməsi ilə bağlı müşavirə keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, AMEA Rəyasət Heyətinin Elm və təhsil idarəsi tərəfindən təşkil olunmuş tədbirdə elmlə təhsilin səmərəli inteqrasiyasının təmin edilməsi, Akademiyada magistratura təhsilinin təşkili, istedadlı gənclərin AMEA-nın magistraturasına və doktoranturasına cəlb edilməsi ilə bağlı məsələlər müzakirə olunub.
İclasda, həmçinin, AMEA-da təhsil prosesində mövcud problemlərin aradan qaldırılması, imtahanlarda şəffaflığın təmin olunması, elmi məqalələrin dərc edilməsi zamanı doktorant və dissertantların üzləşdikləri problemlərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müşavirədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqov, Təhsil şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov, həmçinin AMEA elmi müəssisələrinin doktorant və dissertantları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB