ABŞ-ın müdafiə nazirliyi Amerika kəşfiyyatının keçmiş analitiki, "WikiLeaks" saytına məxvi sənədləri ötürdüyünə görə 35 il azadlıqdan məhrum edilmiş Bredli Menniqin hormonal terapiya keçirməsi xahişinə müsbət cavab verib. Belə ki, Bredli Menniq həbs müddəti zamanı cinsinin dəyişdirilərək, qadın cinsinə malik olması barədə müraciət edib. SİA "Associated Press"ə istinadən xəbər verir ki, hormonal müalicə terapiyası onun qadına çevrilməsinə kömək edəcək.
Pentaqondan isə bildirilir ki, 26 yaşlı Menninq üçün keçiriləcək hormonal terapiya kursu barədə verilən qərar onun cəza çəkdiyi Fort-Livenurot (Kanzas ştatı-red.) bazasının rəisi pokovnik Erika Nelson tərəfindən fevralın 5-də verilib.
"WikiLeaks" saytının informatoru isə cinsi dəyişiklik qərarına həbsxanaya düşəndən sonra verdiyini bildirib. Hətta 2014-cü ilin aprelində Kanzas ştatının məhkəməsi Menninqə Çelsi Elizabet qadın adını götürmək hüququ olduğu barədə qərar da çıxarıb.
Qeyd edək ki, ötən ilin iyulunda Pentaqon Menninqin hərbi həbsxanadan mülki həbsxanaya keçirilməsi barədə bildiriş göndərmişdi. Buna səbəb onun üzərində gender identikası üzrə aparılan müalicənin başlanması olub. Lakin ABŞ-ın həbsxana müəssisələrinə nəzarət edən baş idarəsi həmin bildirişə mənfi cavab vermişdi. 2014-cü ilin sentyabrında isə bəlli olmuşdu ki, Menninq intihara cəhd edib. O, buna səbəb kimi, artıq kişi bədənində yaşaya bilməməsini göstərib.
Məhz bu olaydan sonra, ABŞ-ın həbsxana müəssisələrinə nəzarət edən baş idarəsi trans-seksual məhbuslar üçün hormonal müalicə kurslarının keçirilməsinə rəsmi icazə verib. Menninq isə bu kimi müalicə kursunu keçən ilk məhbus olacaq.
Xatırladaq ki, Menninq quru qoşunlarının birinci növü üzrə sıravisi olub və 2010-cu ildə Amerikanın Küveytdəki hərbi bazasında həbs edilib. O, həbs olunduqdan sonra etiraf edib ki, "WikiLeaks" saytına 700 mindən çox məxvi sənədləri, o cümlədən, hava zərbələri videoyazılarını, Əfqanıstanda və İraqda baş verən müharibələr zamanı yaşanan insidentlərin təfərrüatlarını, Quantanamodakı distaqlar barədə şəxsi sənədləri, eləcə də ABŞ dövlət departamentinin diplomatik sirrlərini ötürməyə nail olub. 2013-cü ilin avqustunda isə o, xəfiyyəlik və casusluq maddəsində ittiham olunaraq, 35 illik həbs cəzasına məruz qalıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB