Beynəlxalq tədbirin açılışı oldu

Beynəlxalq tədbirin açılışı oldu

Sabah Azərbaycanda "Avropa gənclərinin layihələrində sosial inteqrasiyanın qiymətləndirilməsi" adlı beynəlxalq təlim kursu öz işimə başlayacaq. Gənclər üçün Təhsil Mərkəzi, Azərbaycan Tələbələr Birliyi, Nərimanov rayon Gənclər və İdman İdarəsi, habelə "Erasmus+" proqramı üzrə Norveç Milli Agentliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin əsas məqsədi Avropa məkanında gənclərlə bağlı həyata keçirilən layihələrin qiymətləndirilməsi metodologiyasını öyrənmək, layihələrin effektivliyini və gənclərin sosial inteqrasiyanı yüksəltmək, habelə bu istiqamətdə əməkdaşlığı gücləndirməkdir. Mərkəzdən SİA-ya verilən xəbərə görə, tədbirdə 10 ölkədən (İtaliya, Macarıstan, Çexiya, Litva, Xarvatiya, Norveç, Bolqarıstan, Belarusiya, Ukrayna və Gürcüstan) 34 iştirakçının qatılması nəzərdə tutulur.

Fevralın 21-dək davam edəcək tədbir müddətində əcnəbilərin bir sıra mədəniyyət ocaqlarına səfərləri, eyni zamanda onlar üçün Azərbaycan gecəsinin təşkili planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə