Bu gün Cəlilabad rayonunun Fərzili kəndinə təbii qazın verilişi bərpa edilib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 120 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9452 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 120 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB