SHXÇDX rəisi: “Hərbi uçot qaydalarına dəyişiklik edilib” AÇIQLAMA

SHXÇDX rəisi: “Hərbi uçot qaydalarına dəyişiklik edilib” AÇIQLAMA

"Qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər daim diqqətdə saxladığımız məsələlərdəndir. Xidmət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflərin müsbət cavablandırılması fəaliyyətimizə əlavə stimul verib". Bu sözləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov qurumun 3-cü ili ilə əlaqədar təşkil olunan tədbir zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, Məcəllənin İnzibati Xətalar bölməsinə dəyişiklik edilib. 13 qanun, fərman, qərar layihəsinə rəy və təkliflər hazırlanıb: "Bu yaxınlarda hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin "Hərbi uçot qaydaları əleyhinə olan inzibati xətalar" bölməsinə dəyişikliklər olunması üçün hazırlanmış qanun layihəsi təsdiqlənib. Bununla yanaşı, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilməsi barədə" fərman layihəsi təsdiqlənib. Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin "Hərbi uçot qaydaları əleyhinə olan inzibati xətalar" bölməsinə əlavə və dəyişiklik edilməsi zərurəti Azərbaycan Respublikasında səfərbərlik hazırlığının yüksək səviyyədə saxlanılması, hərbi vəzifəlilərin, çağırışçı gənclərin və aidiyyəti qurumların məsuliyyətinin və bu sahədə inzibati cəza mexanizminin təsir gücünün artırılması məqsədindən yaranıb. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ümumilikdə ötən il Xidmət tərəfindən 13 qanun, fərman, qərar layihəsinə rəy və təkliflər hazırlanaraq verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə