Sarkisyan təhlükəsizlik şurasını toplayır GƏRGİNLİK

Sarkisyan təhlükəsizlik şurasını toplayır GƏRGİNLİK

Bu gün axşam saatlarında Ermənistan Prezidenti Serj Sarkisyanın təşəbbüsü ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, Sarkisyanın mətbuat katibinin mətbuata açıqlamasında bu barədə danışılıb.

Erməni mənbələrinin qənaətinə görə, S.Sarkisyanın Təhlükəsizlik Şurasını tələsik toplaması səbəbsiz deyil. Minskdə "Normand dördlüyü"nün danışıqları nəticə vermədiyi üçün Rusiyanın Cənubi Qafqazda, xüsusilə Ermənistanda strateji planları fiaskoya uğrayacağı səbəbindən işğalçı ölkənin atacağı addımlar müzakirə ediləcək. Eyni zamanda işğal olunmuş Azərbaycan ərazilərində qoşunların təmas xəttində baş verən olaylar Ermənistan rəhbərliyini çıxılmaz duruma saldığı üçün güc strukturlarının bu toplantıda nə ilə üzləşəcəyi də sual altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə