Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Gürcüstan arasında dini, mədəni və humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda T. Şaraşenidze səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB