SHÇDX-nın kollektivi Fəxri Xiyabanda olub

SHÇDX-nın kollektivi Fəxri Xiyabanda olub

Bu gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 3 illiyi ilə əlaqədar xidmət rəisi Arzu Rəhimov başda olmaqla, xidmətin kollektivi Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının uyuduğu Şəhidlər Xiyabanına gələn xidmətin kollektivi, şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə