Müluz şəhərinin meri Gəncədə

Müluz şəhərinin meri Gəncədə

Fransanın Müluz şəhərinin meri Jan Rotner və həmin şəhərin turizm ofisinin prezidenti Jan-Pyer Valter fevralın 12-də Gəncədə olublar. Fransalı qonaqlarla Gəncə Şəhər İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqlara 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə həyata keçirilən layihələr, onun insanları və iqtisadiyyatı haqqında ətraflı məlumat verib.

Müluz şəhərinin meri Jan Rotner səmimi və mehribanlıqla qarşılandıqlarına görə minnətdarlığını bildirib və Azərbaycanla Fransa arasında mövcud olan dostluq əlaqələrindən, iqtisadi əməkdaşlıq münasibətlərindən danışıb. Diqqətə çatdırıb ki, təmsil etdiyi şəhərdə 300 min əhali yaşayır və onun 30 faizini gənclər təşkil edir. Bu səfərinin əsas məqsədi isə bir çox sahələr üzrə regionlararası əməkdaşlıq əlaqələrinin qurulması ilə yanaşı, 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncənin müvafiq təcrübəsini öyrənməkdir.

Görüşdə şəhər gənclər və idman baş idarəsinin rəisi Müşfiq Cəfərov 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə bu əlamətdar hadisəyə hazırlıqla bağlı görüləcək işlər barədə ətraflı məlumat verib.

Görüşdən sonra fransalı qonaqlar Gəncə Dövlət Universitetinin fransız dili fakültəsində olub, müəllim və tələbələrlə söhbət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə