Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti və "Qarant Media Holdinq"in dəstəyi ilə nəşr olunan "National Geographic Azərbaycan" jurnalının təqdimatı keçirilib.
İnstitutdan bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, professor İlham Məmmədzadə ölkəmizin xaricdə təbliğinə həsr olunan nəşrlərin əhəmiyyətini qeyd edib.
Jurnalın baş redaktoru Seymur Teymurov Milli Coğrafiya Cəmiyyətinin fəaliyyətindən və jurnalın Azərbaycan dilində buraxılışının əhəmiyyətindən danışıb. O, "National Geographic Azərbaycan"da aparıcı dünya alimlərinin elmi yenilikləri, müxtəlif ölkələrin ən maraqlı yerləri, təbiəti ilə yanaşı, Azərbaycan ilə bağlı bu günədək heç yerdə çap olunmamış fotoların da yer aldığını vurğulayıb. Bildirilib ki, Türkiyə, Rusiya, Fransa, Estoniya və digər ölkələrdə nəşr olunan jurnalın Azərbaycan dilində buraxılışı 30.000 tirajla çap olunur.
Tədbirdə institut direktorunun elmi işlər üzrə müavini Roida Rzayeva, şöbə müdirləri Rəfiqə Əzimova, Rəna Mirzəzadə çıxış edərək jurnalın fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra jurnalın mövzuları ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB