Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini bütün dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev fevralın 12-də Lənkəran Sərhəd Dəstəsində Astara, Lənkəran, Lerik və Yardımlı rayonlarının sakinlərini qəbul edib. SİA-nın Cənub bürosunun verdiyi məlumatlara görə, qəbul zamanı 40-dən artıq vətəndaş qəbul edilib. Vətəndaşlar əsasən Dövlət Sərhəd Xidmətinə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, pensiyaların düzgün hesablanması, müharibə veteranı vəsiqəsi ilə təmin olunmaq və digər məsələlərlə bağlı Elçin Quliyevə müracət edib.
Vətəndaşların müraciətlərini, şikayət və təkliflərini diqqətlə dinləyən Elçin Quliyev məsələlərin yerindəcə həll olunması üçün tabeliyindəki strukturların rəhbərlərinə göstərişlərini verib.
DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB